IQNA

Şeyx Zəkzakidən "Sadiq Vədə" əməliyyatı ilə bağlı açıqlama

7:17 - April 22, 2024
Xəbər sayı: 3495823
İQNA - Nigeriya İslami Hərəkatının Rəhbəri Şeyx Zəkzaki, “İranın Suriyadakı konsulluğuna İsrailin hücumuna cavab verdiyini eşidəndə çox sevindim və sevinc göz yaşları tökdüm” dedi.

Nigeriya İslami Hərəkatının Rəhbəri Şeyx İbrahim Zəkzəki Nigeriyada bəzi dini qurum rəsmiləri və ictimai fəallarla görüşündə "Sadiq Vədə" əməliyyatına toxunaraq, "İranın İsrailə hücumu dünyanın hər yerində bütün inanclara mənsub məzlum insanların qəlbində ümid yaradıb" dedi.

İran İnqilab Keşikçiləri Korpusunun İsrailə hücumunun bu rejimin daha çox cinayət törətməsinə mane olacağını vurğulayan Zəkzaki, "bu hücumun mesajı o idi ki, bu rejim indiyə qədər bizi təhdid edirdisə, onların bizim təhdidimizi dadmaq vaxtıdır" dedi.

Nigeriya İslami Hərəkatının Rəhbəri, "Bəzilərinin beynində yerləşmiş İsrailin məğlubedilməzliyi illüziyası İranın bu rejimə hücumu ilə darmadağın edildi və düşünülənlərin xəyaldan başqa bir şey olmadığını göstərdi" dedi.

captcha