Maide.Az “Anadolu”ya istinadla xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzza Xəstəxanaları üzrə idarə rəisi Ala Hillis deyib.
A.Hillis verdiyi yazılı açıqlamasında Qəzzada xərçəng, ana və uşaq sağlamlığı, böyrək, göz, ürəklə əlaqəli dərmanları və tibbi vəsaiti təmin edə bilmədiyini söyləyib və qeyd edib ki, dərman çatışmazlığı səbəbiylə xəstələrin çox əziyyət çəkir.
O, xəstələrin həyatını xilas etmək üçün sağlıq sektorunun bütün dəstəkçilərini və xeyriyyəçi adamları yardım etməyə çağırıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzadakı xəstəxanalar dərmanların 44 faizini, tibbi ləvazimatlarda isə 30 faizini təmin edə bilmir.
Təxminən 13 ildir davam edən İsrailin mühasirəsi və Fələstindəki parçalanma səhiyyə sektorundakı problemlərin əsas səbəblərindən biridir.