Beynəlxalq Quran Xəbər Agentliyi Maide.Az-a istinadla xəbər verir ki, onlarla fələstinli ötən gün Qəzzada sionist rejim həbsxanalarında olan məhbuslarla həmrəylik nümayiş etdirmək məqsədilə mitinq keçirib.
Mitinq iştirakçıları BMT və digər beynəlxaq qurumları işğalçı İsrail rejim həbsxanalardakı fələstinli məhbusların işkəncə olunduqlarını sakit qalmamağa çağırıb.
Mitinq iştiraçıları həmçinin işğalçı rejim həbsxanalarında olan məhbusları azad etmək üçün çalışmağa çağırıb.
İsrail həbsxanalarında qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla 5000-ə yaxın fələstinlini məhbus saxlanılır.
Qeyd edək ki, Fələstinli Məhbuslar Cəmiyyəti İsrail həbsxanalarında olan fələstinlilərin 95 faizinin həbs edildiyi ilk andan işgəncələrə məruz qaldıqlarını açıqlayıb. Fələstinli məhbuslar "tək bir kamerada təcrid olunma, qeyri-sanitariya şəraitində saxlanılması, sistemli basqınlar və tibbi laqeydlik nəticəsində tədricən ölümə tərk edilirlər.