IQNA

Liviya İsrailin Məscidül-Əqsaya hücumuna münasibət bildirdi

14:15 - May 09, 2021
Xəbər sayı: 3489772
Liviya Baş Naziri Əbdülhəmid Dibəybə sosial media hesabında işğal altında olan Şərqi Qüdsün Qədim Şəhərindəki Məscidül-Əqsada İsrail rejimi polisinin hücumu ilə bağlı qınaq mesajı yayımlayıb.

Eastnews.org-un verdiyi xəbərə görə, Liviya Baş Naziri Əbdülhəmid Dibəybə sosial media hesabında işğal altında olan Şərqi Qüdsün Qədim Şəhərindəki Məscidül-Əqsada İsrail rejimi polisinin hücumu ilə bağlı qınaq mesajı yayımlayıb.  

Dibəybə "İsrailin ilk qibləmiz Məscidül-Əqsaya hücumunu və fələstinlilərin misli görünməmiş bir şəkildə didərgin edilməsini qınayırıq", - deyib.  

Sionist İsrail rejiminin bu fəaliyyətlərinin sülh prosesinə xələl gətirdiyinə işarə edən Liviya Baş Naziri "Beynəlxalq ictimaiyyət fələstinlilərin mənafelərinə ədalətli bir həll tapmaq məsuliyyətini yerinə yetirməlidir", - sözlərini qeyd edib.

Mənbə: eastnews.org

captcha