IQNA

İranda terror aktı: Ən azı 103 şəhid

17:49 - January 03, 2024
Xəbər sayı: 3495234
İQNA - İranın Kirman şəhərində yüzlərlə insanın iştirak etdiyi Şəhid General Süleymaninin anım mərasimi zamanı partlayış baş verib.

İran dövlət televiziyasının məlumatına görə, Kirman şəhərində yüzlərlə insanın iştirak etdiyi Şəhid General Süleymaninin anım mərasimi zamanı ardıcıl iki partlayış baş verib.

Bildirilib ki, partlayışlar Kirmandakı Şəhidlər qəbiristanlığı yaxınlığında baş verib.

Bəzi mənbələrə görə, iki torbada qalan bomba pultla işə salınıb.

Terror aktı nəticəsində 103 nəfər şəhid olub, 171 nəfər yaralanıb.

captcha