IQNA

İsrailin Qəzza zolağına hücumlarında həlak olan fələstinlilərin sayı artmaqda davam edir

23:54 - January 16, 2024
Xəbər sayı: 3495309
İQNA - Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 24 min 285-ə yüksəlib.

İQNA-nın Şəfəqna-ya istinadla xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 102 gündür intensiv hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda daha 185 fələstinlini öldürdüyü, 320 nəfərin yaralandığı bildirilib.

Açıqlamada İsrail qüvvələrinin son 24 saatda “15 qırğın” törətdiyi, 7 oktyabrdan bu yana həyata keçirilən hücumlarda şəhid olan fələstinlilərin sayının 24 min 285, yaralı sayının isə 61 min 154-ə yüksəldiyi bildirilib.

Yaralılardan bəzilərinin hələ də dağıntılar altında və ya yol kənarında olduğu, təcili yardım və mülki müdafiə qruplarının onlara çata bilmədiyi qeyd edilib.

captcha