IQNA

Hindistan qoşunları müsəlman ölkəsindən çıxarılacaq

23:54 - January 16, 2024
Xəbər sayı: 3495310
İQNA -Maldiv adaları (Maldiv Respublikası) rəhbərliyi Hindistandan öz qoşunlarını 15 martadək ölkə ərazisindən çıxarmağı istəyib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, bu məsələ Maldiv paytaxtı Male şəhərində Xarici İşlər Nazirliyinin binasında rəsmi Yeni Dehlinin Ali komissiyasının nümayəndələri ilə görüş zamanı müzakirə edilib.

Yerli KİV-lərin məlumatlarına görə, dövlət rəsmiləri Maldivlərdəki hind hərbçilərinin mövcudluğunu müzakirə edərək həmin qoşunların 15 martadək çıxarılmasını istəyiblər.

Xatırladaq ki, daha öncə Maldiv Respublikasının prezidenti Məhəmməd Muizzu da Hindistan hökumətinin öz qoşunlarını adadan çıxarmağa razılıq verdiyini bəyan edib.

İki ölkə 1988-ci ildən müdafiə sahəsində aktiv şəkildə əməkdaşlıq edir.

Adalarda 88 nəfər hindistanlı hərbi qulluqçu var. Həmçinin Hindistanın hərbi gəmiləri Maldiv adalarının ekslüziv iqtisadi zonasında patrul çəkir.

Xatırladaq ki, Maldiv Respublikası Hind okeanında yerləşən və təxminən 1200 adadan ibarət müsəlman ölkəsidir.

captcha