IQNA

İslam düşməni idi, amma müsəlman oldu

18:42 - January 23, 2024
Xəbər sayı: 3495354
İQNA - Bir zamanlar Niderlandın ultra-sağçı “Azadlıq Partiyası”nın üzvü olmuş, özünün islamofob çıxışları ilə məşhur olmuş Arno van Doorn artıq uzun illərdir ki, müsəlmandır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, van Doorn öz müsahibələrinin birində İslam dininə gəlişi barədə danışıb.

Müsəlman olmaq qərarına görə zərrə qədər də təəssüflənmədiyini deyən Arno bildirib:

“Mən İslam dinini qəbul etdikdən sonra fərqli-fərqli reaksiyalarla üzləşdim. Keçmiş dostlarımdan bəziləri məndən üz çevirdi, bəziləri isə məni dəstəklədi. Qəlbimdə aramlıq var, mən doğru qərar qəbul etdiyimi bilirəm”.

Onun sözlərinə görə, onu narahat edən bir sıra suallara cavab tapmaqüçün Qurani-Kərimi tədqiq etməyə başlamışdı.

“Mən anladım ki, bu dinə qarşı qərəzli baxışım var və bu din, əslində, sülh və yaxşılığı təbliğ edir. İslamı tədqiq etməyə başladıqdan təxminən 1 il sonra mən müsəlman olmaq qərarına gəldim”, – deyə Arno qeyd edib və bunun müstəqil qərar olduğunu vurğulayıb.

Van Doorn bildirib ki, müsəlman olmağının ilk ilindəcə həm Həcc ziyarətini, həm də Ümrə ziyarətini yerinə yetirib.

O, bütün müsəlmanlara Həcc ziyarətini arzu edib və deyib ki, müqəddəs məkanda özünü mənəvi cəhətdən təmizlənmiş hiss edib.

O, təəssüf hissilə əlavə edib ki, əvvəlcə bəzi ailə üzvləri ona qarşı mənfi münasibət göstəriblər, lakin zamanla münasibət düzəlməyə başlayıb.

Van Doorn bir zamanlar radikal partiya üzvü olduğuna görə də peşmanlığını ifadə edib.

“Əgər mən o zaman indiki düşüncədə olsa idim, əsla bu partiyaya qoşulmazdım”, – deyə o vurğulayıb.

captcha