IQNA

İstanbulda kilsəyə silahlı hücum

8:59 - January 29, 2024
Xəbər sayı: 3495380
IQNA - İstanbulun Sarıyer qəsəbəsindəki Santa Mariya kilsəsinə “bazar günü ibadəti” zamanı silahlı hücum olub. Hücum zamanı 1 nəfərin ölüb, hadisə yerinə çox sayda polis qrupu sövq edilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İstanbulun Sarıyer qəsəbəsindəki Santa Mariya kilsəsinə “bazar günü ibadəti” zamanı silahlı hücum olub. Hücum zamanı 1 nəfərin ölüb, hadisə yerinə çox sayda polis qrupu sövq edilib.

Məlumata görə, bazar günü mərasiminə qatılanlar arasında olan C.T. (adı açıqlanmır) iki maskalı şəxs tərəfindən güllə ilə vurularaq qətlə yetirilib.

Olaydan sonra sosial media hesabından açıqlama verən Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya İstanbulun Sarıyer bölgəsində İtalyan kilsəsinə silahlı hücum edildiyini, hazırda istintaq axtarış tədbirləri görüldüyünü bildirib.

Teqlər: tarixi kilise ، İstanbul ، hücum
captcha