IQNA

Qəzzada ölənlərin sayı 33 min 797-yə yüksəlib

5:47 - April 16, 2024
Xəbər sayı: 3495794
İQNA - 2023-cü il oktyabrın 7-dən etibarən sionist rejimin hücumuna məruz qalan Qəzzada can itkisi 33 min 797 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 192 gündür Qəzza zolağına hücumları barədə məlumat verilib.

Bəyanatda sionist rejim ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 68 fələstinlinin şəhid olduğu, 94 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 33 min 797 nəfərə, yaralıların sayı isə 76 min 465 nəfərə çatıb.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədləri çıxara bilmədiyi bir daha vurğulanıb.

captcha